Əsas Səhifə > Dünya > Gürcüstan müxalifəti etiraz aksiyalarını

Gürcüstan müxalifəti etiraz aksiyalarını


29-11-2019, 17:00

Gürcüstan paytaxtı Tbilisidə etiraz aksiyaları davam edir.

 Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılmış “Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat” partiyasının lideri, Tbilisinin eks-meri Qiqi Uqulava azad olunaraq aksiyanın keçirildiyi Milli Kitabxananın qarşısına gəlib.

Uqulava polisin onu zorakılıq olmasına deyə saxladığını bəhanə gətirdiyini də sözlərinə əlavə edib. O, saxlanılan 3 tərəfdarının dərhal buraxılmasını da tələb edib.

 Müxalifətçilər Milli Kitabxanada ölkənin ədliyyə naziri Teya Çulukianinin təşkil etdiyi tədbiri pozmağa da cəhd ediblər.

Gürcüstanda kütləvi etirazlar noyabrın 14-də parlamentin yeni konstitusion dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb.


Geri qayıt