Əsas Səhifə > Dünya > "Sənin qürurun, hislərin varmı..." - Qadın ona təcavüz etmiş
"Sənin qürurun, hislərin varmı..." - Qadın ona təcavüz etmiş2-12-2019, 14:11 |
Yezidi etnik mənsubiyyətli Aşvak Hacı Hamid adlı qadın onu 14 yaşında cinsi istiismara məruz qoyan İŞİD üzvü ilə üzləşdirilib. Terrorçuya “xəyallarımı oğurladın, övladlarının yaşındaydım” dedikdən sonra qızın ürəyi gedib. Musavat.com mediapost.az-a istinadən xəbər verir ki, videonu ötən il Nobel Sülh mükafatına layiq görülən yezidi Nadia Muradın qardaşı aktivist Murad İsmayıl Twitter hesabında paylaşıb. Görüntülərdə zorakılığa məruz qalmış A.Hacı Hamid İŞİD üzvünə göz yaşları içində “Bunu mənə niyə etdin? Çünki yezidiyəm?” deyir. Terrorçunun başını qaldıraraq üzünə baxmasını istəyən qadın “Sənin bacın, hislərin, qürurun varmı?” suallarını verir. “Həyatımı məhv etdin. Məni istismar edəndə 14 yaşım vardı. Sənin övladların yaşındaydım” – deyən Avşak Hacı düşdüyü situasiyaya tab gətirməyərək özündən gedib. Nüfuzlu İndependent nəşrinin məlumatına görə, sözügedən qadın İŞİD-in 2014-cü ildə İraqın şimalında yezidilərə qarşı qətliamından sonra ailəsi ilə birlikdə Almaniyaya sığınıb. Mosul şəhərində onu əsir tutan teror qruplaşmasının üzvü ilə ötən il Almaniyada yaşadığı şəhərdə qarşılaşması əks-səda doğurub. Avşak Hacının açıqlamasına görə, qul bazarında İŞİD üzvü tərəfindən 100 dollara satın alınıb. 10 ay boyunca əsir olduğunu və cinsi istismara məruz qaldığını bildirib. Daha sonra terrorçunun əlindən qaçmağı bacaran qadın Almaniyada yaşadığı şəhərdə İŞİD üzvü ilə qarşılaşıb. “Həmin çirkin üzü və hadisəni xatırladan heç nəyi görməmək üçün qaçdım. Onunla Almaniyada qarşılaşanda şoka düşdüm” – deyə Avşak Avcı bildirib.
Geri qayıt |