Əsas Səhifə > Dünya > Türkiyədə təbii fəlakət qurbanlarının sayı

Türkiyədə təbii fəlakət qurbanlarının sayı


6-02-2020, 20:56

Türkiyədə təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı

4-5 fevral tarixlərində Türkiyənin Van bölgəsinin Bahçesaray rayonunda iki dəfə baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, uçqun altında qalan daha 3 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 41 nəfərə yüksəlib.

Məlumata görə, təbii fəlakət nəticəsində yaralanan 81 nəfərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir


Geri qayıt