
Məşhur çinli aktyor Ceki Çan koronavirusun müalicəsini tapan şəxsə 1 milyon yuan (təqribən 244 min AZN) pul mükafatı verəcəyini bildirib. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, aktyor, öz vətəndaşlarını ölümlə mübarizə aparan yerdə görmək istəmədiyini bildirib: “Kimin və hansı qurumun dərmanı tapması önəmli deyil. Koronavirus əleyhinə dərmanı kim taparsa 1 milyon yuan verərək ona təşəkkür edəcəyəm. Bunun pul ilə heç bir əlaqəsi yoxdur. Əsas istəyim əvvəllər insanlarla dolu olan küçələrin yenidən dolu olduğunu görməkdir”. Qeyd edək ki, Ceki Çanının bu təşəbbüsü dünyanın bir çox ölkələri tərəfindən alqışla qarşılanıb.
Geri qayıt
|