Əsas Səhifə > Dünya > Ermənistanda generallar istefaya
Ermənistanda generallar istefaya19-02-2020, 20:15 |
Ermənistanın hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan istefaya göndərilib. “Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı prezident Armen Sarkisyan imzalayıb. Baqdasaryan Ermənistanın hərbi polisinə 2017-ci ildən rəhbərlik edirdi. Qeyd edək ki, bu gün Ermənistanın Müdafiə Nazirliyinin şəxsi heyəti ilə iş üzrə idarə rəisi, general-mayor Aleksan Aleksanyan da istefaya göndərilib.
Verilmiş qərarlar Ermənistan ordusunda ilin əvvəlindən 13 hərbçinin ölümü ilə əlaqələndirilir. Onlardan 3-ü intihar hadisəsidir. Geri qayıt |