Əsas Səhifə > Dünya > ÖLÜM faktları ŞİŞİRDİLİR, yoxsa... - Koronavirus mifi haqda
ÖLÜM faktları ŞİŞİRDİLİR, yoxsa... - Koronavirus mifi haqda9-04-2020, 15:05 |
Dünya koronavirus pandemiyası ilə müharibə vəziyyətindədir və itkilər sözün gerçək mənasında cəbhədə gedən döyüşləri xatırladır. Lakin müəyyən məqamlar şübhələnmək üçün kifayət qədər yetərlidir, xüsusilə bir gün ərzində yoluxma və ölüm hallarının iki və üç rəqəmli formada artması. Yoluxma və ölüm faktlarının sürətlə artmasına görə ABŞ ilk pilləyə yüksəlib, hərçənd, Avropa ölkələri virusla döyüşərkən, okeanın o tayında sabitlik hökm sürürdü, sonradan Birləşmiş Ştatlar bütün ölkələri geridə qoydu. Nə baş verdi, necə oldu ki, ilk ölüm faktının açıqlandığı gündən bir gün sonra ABŞ yüzlərlə ölüm faktı ilə qarşılaşdı, rəqəmlər həqiqəti nə dərəcədə əks etdirir? Nyu-Yorkdakı həkimlər də evlərində ölən çoxsaylı xəstənin koronavirus simptomları şübhəsi olmasına baxmayaraq, testdən keçirilmədiyini deyirlər. Virciniyada isə koronavirusdan ölən üç tibb işçisinin yalnız birinin ölüm sənədində COVİD-19 diaqnozu yazıldığı ortaya çıxıb. Mütəxəssislərə görə, koronavirusdan qaynaqlanan ölüm faktlarının sistemə daxil edilməməsinin səbəbləri arasında şübhəli protokollar və şəhərlərarası məsafənin qərar vermə müddətinə təsiridir. Cons Hopkins Universitetinin İctimai Sağlamlıq Məktəbinin dosenti Stephan Helleringer bildirir ki, 1918-19-cu illərdə İspaniya qripindən ölənlərin sayı hələ də şübhəlidir: “Bu, pandemiyanın miqyasını təxmin edə bilməməkdən irəli gəlir”. 11 martda yoluxma sayı 1281-ə çatdı, lakin bir gündə ölənlərin sayı 38 idi. Bundan 14 gün sonra, 25 martda yoluxma 70 minə, ölüm sayı isə 1000-ə çatdı. İki gün sonra, 27 martda yoluxma 100 mini keçdi, ölüm 1630-a çatdı. Bu, iki gün ərzində 630 ölüm deməkdir ki, təbii olaraq, suallara yol açır. Son iki gündə yoluxma 450 minə, ölüm 13 minə çatıb. Qorxulu rəqəmlərdir, hərçənd, tempin qəfil şəkildə artması rəqəmlərin şişirdilməsi ehtimallarını gücləndirir. Mümkündür ki, bu qlobal təşvişin yaradılmasına xidmət edən planın bir hissəsidir. Prezident Donald Trampın ölüm proqnozu da bu kontekstdə diqqət çəkir. O deyir ki, vəziyyət nəzarətdən çıxmasa, virus bitənə qədər 240 min ölüm qeydə alınacaq. Bir prezidentin belə bir açıqlama verməsi nə deməkdir? Bütün şübhələrə yol açan da budur. Eyni ehtimalları digər ölkələrə də şamil etmək olar. Lakin bütün bunlar hələki ehtimal olaraq qalmaqdadır. Geri qayıt |