Əsas Səhifə > Dünya > Dünyanın ən yaşlı cütlüyü toylarının 80 illiyini qeyd etdi

Dünyanın ən yaşlı cütlüyü toylarının 80 illiyini qeyd etdi


13-04-2020, 15:39

Dünyanın ən qocaman ailə cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta nikahlarının 80 illiyini qeyd edib.

 Modern.az CNN telekanalına istinadla xəbər verir ki, Con həyat yoldaşı Şarlottanı ABŞ-ın Texas ştatındakı Lonqhorn şəhərində keçirilən təntənəli mərasimə 1920-ci il modelli ikiyerlik avtomobillə gətirib və ona ilk görüşlərində olduğu kimi, gül dəstəsi hədiyyə edib.

 Con və Şarlotta 1934-cü ildə Texas universitetində tanış olublar və 1940-cı ildə ailə həyatı qurublar.

 Dekabrın 16-da ailə cütlüyünün ümumi yaşı 211 il və 175 günə çatıb. Onların sözlərinə görə, uzunömürlülüyün və xoşbəxt ailə həyatının sirri mülayimlikdə və qarşılıqlı məhəbbətdədir.


Geri qayıt