Əsas Səhifə > Dünya > Fransada suda koronavirus tapıldı, ölkə qarışdı

Fransada suda koronavirus tapıldı, ölkə qarışdı


21-04-2020, 11:05

Fransada suda koronavirus tapıldı, ölkə qarışdı

Parisdə küçələri təmizləmək üçün istifadə edilən suda Covid-19 aşkarlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Paris bələdiyyəsinin məlumatında deyilir. Bildirilir ki, həmin suyun istifadəsi dayandırılıb və şəhərdə istifadə edilən içməli suda virus aşkarlanmayıb. Bununla belə, Paris əhalisi küçələrə çıxaraq etiraz aksiyası keçirib.

Onlar həm suyun tərkibində Covid-19-a rast gəlinməsinə, həm də epidemiyaya qarşı görülən tədbirlərin yetərsiz olmasına etirazlarını bildiriblər. Nəticədə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Qeyd edək ki, Fransada koronavirusdan 20 min 265 nəfər dünyasını dəyişib. 155 min 383 yoluxma faktı qeydə alınıb.

 






Geri qayıt