Əsas Səhifə > Dünya > Kadırov saçını keçəl qırxdırdı

Kadırov saçını keçəl qırxdırdı


22-04-2020, 13:55

Kadırov saçını keçəl qırxdırdı

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sakinləri saçlarını keçəl qırxdırmağa çağırdıqdan sonra özü bu addımı atıb.

“AzerTaym.az” bildirir ki, videonu “Qroznıy” teleradio kompaniyası yayımlayıb.

Bütün gözəllik salonları bizdə bağlanıb, ona görə də, əcdadlarımızın etdiyi kimi, mən də saçımı keçəl qırxdırmaq qərarına gəldim”, - Kadırov deyib.

Xatırladaq ki, daha əvvəl respublika sakininin koronavirusla mübarizə dövründə gözəllik salonları və bərbərxanaların açılmasının mümkünlüyü barədə sualını cavabladıran Kadırov kişilərə saçlarını keçəl qırxdırmağı məsləhət görmüşdü.

 


 


Geri qayıt