Əsas Səhifə > Dünya, Slayd > Kadırov, Məkkə faciəsini «Tanrının bəxşişi» adlandırıb!
Kadırov, Məkkə faciəsini «Tanrının bəxşişi» adlandırıb!24-09-2015, 23:56 |
«Minədə baş verənlər – gerçəkdən də faciəvi hadisədir. Amma biz, belə deyə bilmərik. Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən hər bir müsəlman orada ölməyi arzulayır. Tanrı Həcc ziyarəti edən hər bir şəxsin bütün günahlarını bağışlayır. Hər bir müsəlman Allahı görmək istəyir. Yəni ki, bu, həm faciədir, həm də Tanrının böyük hədiyyəsi» - deyə, «RSN» Kadırovdan sitat gətirir. Çeçenistanın başçısı həm də həlak olanların yaxınlarına başsağlığı verib. Xatırladaq ki, son məlumatlara görə, çümə axşamı Məkkə yaxınlığındakı Minə vadisində basabas yaranması nəticəsində, 700 nəfərdən artıq zəvvar həlak olub.
Geri qayıt |