Əsas Səhifə > Dünya > “Koronavirusu siz yaratmısınız”

“Koronavirusu siz yaratmısınız”


1-05-2020, 23:05

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Çini koronavirusu yaratmaqda ittiham edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin qarşısına çıxan ölkə rəhbəri virusun Çinin Uxan şəhərindəki laboratoriyada yaradıldığını söyləyib.

 “Virusun Uxan şəhərində laboratoriyada yaradılmasına dair sübutlarımız var”- deyə o söyləyib.

Tramp hansı sübutlarının olduğunu açıqlamayıb. Maraqlıdır ki, ABŞ Milli Kəşfiyyatı koronavirusun süni yaxud genetik modifikasiyaya malik olmadığını açıqlamışdı.


Geri qayıt