Əsas Səhifə > Dünya > Ukrayna İranı beynəlxalq məhkəməyə
Ukrayna İranı beynəlxalq məhkəməyə18-05-2020, 12:37 |
“Yanvar ayında Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına aid Boeing 737-800 təyyarəsi ilə bağlı İranla danışıqlar nəticəsiz qalsa, Ukrayna BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldıra bilər”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər nazirinin müavini Yevqeni Yenin açıqlama verib: “Danışıqlar iflasa uğrayarsa, beynəlxalq arbitrajlara, xüsusən də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq. Söhbət yalnız Ukrayna ilə bağlı deyil, Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna dövlətlərinin vahid mövqeyindən gedir”. O, İranın beynəlxalq öhdəliklərini yerinə yetirəcəyinə və şifrələrin açılması üçün “qara qutu”ları təhvil verəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, 2020-ci ilin 8 yanvar tarixində Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 737-800 təyyarəsi Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya düşüb. 176 nəfərin ölümünə səbəb olan qəza İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni səhvən vurması nəticəsində baş verib. Geri qayıt |