Əsas Səhifə > Dünya > Braziliyada koronavirus dəhşəti: Ölənlərin dəfni üçün...
Braziliyada koronavirus dəhşəti: Ölənlərin dəfni üçün...18-05-2020, 15:17 |
Braziliyada koronavirusdan ölənlərin dəfni üçün gecə-gündüz işlər gedir. Bu barədə RT kadrlar yayımlayıb. Məlumata görə, xəstəxanalar dolub daşır. Yerli nümayəndələrdən birinin sözlərinə görə, heç kim buna hazır olmayıb: “Hər şey qəfil baş verdi. Xəstəxanalar, qəbiristanlıqlar hazır deyildi. Biz gecə-gündüz işləyirik...” Son məlumatlara görə, Braziliyada 220 291 nəfər koronavirusa yoluxub, onlardan 14 962 nəfəri vəfat edib. /Oxu.az
Geri qayıt |