Əsas Səhifə > Dünya > Avropa tarixində bir İLK: Koronavirus xəstəsinə AĞCİYƏR

Avropa tarixində bir İLK: Koronavirus xəstəsinə AĞCİYƏR


26-05-2020, 18:30

Avropa tarixində bir ilk: Koronavirus xəstəsinə ağciyər köçürüldü

Avstriyanın paytaxtı Vyanada 45 yaşlı koronavirus xəstəsinə ağciyər köçürülüb.
 "AzerTaym.az" Moderator.az-a istinadla xəbər verir ki, paytaxtdakı tibb mərkələrindən birində həyata keçirilən əməliyyat Avropanın tibb tarixinə qızıl hərflərlə yazılıb.
Ağciyər köçürülən qadının 8 həftədir koronavirusla mübarizə apardığı və ciyərlərinin çox zərər gördüyü söylənilib.
Tibb mərkəzi tərəfindən edilən açıqlamaya görə, 45 yaşlı xəstənin yaşamaq üçün əməliyyatdan başqa yolunun olmadığı və hazırda vəziyyətinin normal olduğu bildirilib.

Geri qayıt