Əsas Səhifə > Dünya > Ermənistanda SON sutkada 10 NƏFƏR koronavirusdan

Ermənistanda SON sutkada 10 NƏFƏR koronavirusdan


7-06-2020, 13:05

Ermənistanda koronavirusa yoluxanların sayı 13 130 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, son sutkada koronavirusa daha 766 yoluxma qeydə alınıb, COVID-19-dan 10 nəfər ölüb.

“Ermənistanda koronavirusa 13 130 yoluxma təsdiqlənib. 4 014 nəfər sağalıb. 200 nəfər ölüb,” –nazirlikdən bildirilib.

Hazırda 8 844 nəfər müalicə edilir. Ölkədə koronavirusa bağlı 69 171 test aparılıb.


Geri qayıt