Əsas Səhifə > Dünya > Braziliyada koronavirusdan 1 sutkada 1322 nəfər

Braziliyada koronavirusdan 1 sutkada 1322 nəfər


17-07-2020, 11:28

Braziliyada koronavirusdan 1 sutkada 1322 nəfər öldü

COVID-19  Braziliyada bir sutka ərzində 1322 nəfərin həyatına son qoyub.

  “RİA Novosti” xəbər verir ki, ölkədə virusdan ölüm hallarının sayı 76 min 688-ə çatıb. Hökumətin yaydığı məlumata görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 45 min 403-ə  çatıb.

Ölkənin pandemiyadan ən çox təsirlənən şəhəri Sao Pauloda 402 min 48 yoluxma və 19 min 38 ölüm halı qeydə alınıb.

Ümumilikdə isə bü günə qədər Braziliyada 2 milyon 12 min 151 insan koronavirusa yoluxub.  /“Qafqazinfo”


Geri qayıt