Əsas Səhifə > Dünya > İranda koronavirusdan ölənlərin sayı
İranda koronavirusdan ölənlərin sayı13-08-2020, 17:33 |
İranda koronavirus xəstəliyinə qarşı aparılan mübarizənin nəticəsində vəziyyət tədricən sabitləşir. AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Nəzərə çatdırılıb ki, son sutka ərzində 2 min 625 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 336 min 324 nəfərə, ölənlərin sayı isə 19 min 162-ə çatıb. Müxtəlif qapalı xəstəxanalarda müalicə alan 3 min 971 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 292 min 58 nəfər isə sağalaraq evə buraxılıb. Geri qayıt |