Əsas Səhifə > Dünya > Fransada rekord
Fransada rekord5-09-2020, 14:33 |
Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 8 975 nəfər artıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat yayıb. Xəstəxanalarda 4 671 koronaviruslu xəstə qalmaqdadır. Onlardan 473-ü reanimasiyadadır. "Worldometers"ə əsasən, pandemiyanın başladığı vaxtdan indiyədək Fransada 309 156 nəfər koronavirusa yoluxub, 30 706 nəfər bu virusun qurbanı olub. Geri qayıt |