Əsas Səhifə > Dünya > Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan
Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan17-11-2020, 12:18 |
Fransadan 18 ədəd döyüş təyyarəsi almağa qərar verən Yunanıstan ABŞ-a F-35 təyyarəsi almaqla bağlı rəsmi müraciət edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, müraciət məktubu 6 noyabrda göndərilib. Qeyd edək ki, Afinanın bu tələbinin Türkiyəyə qarşı atılan bir addım olduğu düşünülür. Çünki Türkiyə də Rusiyadan S-400 havadan müdafiə sistemləri alıb. Bildirək ki, məktubda yeni və ya ABŞ Hava Qüvvələri tərəfindən istifadə olunmuş 18-24 arası döyüş təyyarəsinin alınması tələbi ilə yanaşı, təyyarələrin çatdırılması, konfiqurasiya və geri ödəmə qrafikinin daxil edildiyi bir neçə amilə yer verilib. /Yenisabah.az Geri qayıt |