Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü
Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü9-02-2021, 23:13 |
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 137 min 712 koronavirus testi aparılıb. Bunlardan 8 min 636-sı müsbət çıxıb. 98 nəfər pandemiyanın qurbanı olub. Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 437 min 382-yə çatıb. Ümumi test sayı 30 milyon 893 min 496-ya yüksəlib. Ümumi yoluxma sayı 2 milyon 548 min 195, vəfat sayı 26 min 998, ağır xəstə sayı 1310-dur.
![]() Geri qayıt |