Əsas Səhifə > Dünya > NATO-nun qorxulu yuxusu: Rusiyanın ovçu qırıcıları
NATO-nun qorxulu yuxusu: Rusiyanın ovçu qırıcıları14-03-2021, 04:35 |
Rusiyanın inkişaf etdirdiyi dördüncü nəsil Su-27 ovçu təyyarəsi “NATO-nun ən böyük kabusu” statusunu qazanıb. Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın "National İnterest" (Nİ) dərgisi yazıb. Dərgiyə görə, Rusiya hərbi sənayesinin inkişaf etdirdiyi qırıcılar dünyanın bir çox ölkəsinin marağını çəkir. Belə bir məqamda bü üstünlük Moskva ilə üz-üzə gəlmə siyasəti izləyən NATO-nu narahat edir. Rusiya sərhədləri və yaxın bölgələrdə digər ölkələr tərəfindən həyata keçirilən kəşfiyyat və müşahidə uçuşlarının qarşısını almaq məqsədilə Su-27-ləri tez-tez havaya qaldırır. "National İnterest"in analizinə görə, Su-27-lər Rusiya hava müdafiəsinin əsas hərbi texnikasıdır. Vurğulanıb ki, Rusiya Hava Qüvvələrinin Su-27-ləri Baltik, Barens və Qara dəniz üzərində beynəlxalq hava sahəsindən istifadə edərək Rusiya sərhədlərinin təhlükəsizliyini təmin edirlər.
Su-27-lərin dünyanın ən yaxşı hərbi qırıcıları olduğunu bildirən analizdə qeyd edilib ki, bu təyyarələr 1977-ci ildə ilk dəfə istifadə edilib, daha sonra 1982-ci ildə istehsalı davam edib. Qırıcılar SSRİ ordusunda xidmətə 1985-ci ildə qatılıb.
Geri qayıt |