Əsas Səhifə > Dünya > SON sutkada DÜNYADA koronavirusa yoluxanların SAYI

SON sutkada DÜNYADA koronavirusa yoluxanların SAYI


22-03-2021, 13:26

Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər

Son sutkada dünyada 513 797 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub,  9 984 nəfər ölüb.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada əksini tapıb.

Beləliklə, indiyə qədər dünyada 122 524 424  nəfər koronavirusa yoluxub, 2 703 620 nəfər ölüb.

Ötən sutkada COVİD-19-a yoluxmaların 40 faizindən çoxu (206 504 yoluxma) Avropanın payına düşür. İkinci yerdə 202 660 yoluxma ilə Şimali və Cənubi Amerika, üçüncü yerdə 51 988 yoluxma ilə Cənub-Şərqi Asiya gəlir.


Geri qayıt