Əsas Səhifə > Dünya > Türkiyədə daha 114 nəfər koronavirusdan öldü

Türkiyədə daha 114 nəfər koronavirusdan öldü


4-06-2021, 08:43

Türkiyədə daha 114 nəfər koronavirusdan öldü

Türkiyədə son gün ərzində koronavirusdan 114 nəfər vəfat edib.

  Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 3-də yoxlanış məqsədilə götürülən 222 847 testdən 6602-i müsbət çıxıb. Sutka ərzində 8540 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 139 993 nəfərə yüksəlib.

Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1219 nəfərdir.

Yenisabah.az


Geri qayıt