Əsas Səhifə > Dünya > Bu ölkələr su altında qaldı - Ölənlərin sayı durmadan ARTIR

Bu ölkələr su altında qaldı - Ölənlərin sayı durmadan ARTIR


17-07-2021, 10:31

Bu ölkələr su altında qaldı - Ölənlərin sayı durmadan ARTIR + FOTOLAR

Qərbi Avropada daşqınlar nəticəsində həlak olanların sayı artır.

Yenisabah.az xəbər verir ki, Almaniyada daşqınlar səbəbindən həlak olanların sayı artıq 100-ü keçib. Daha 103 nəfər təbii fəlakətin qurbanı olub.

Belçikada da daşqınlar zamanı həyatını itirmiş şəxslərin də sayı artıb. Bu gün Lyej əyalətində 3 nəfərin cansız bədəni tapılıb.

Bununla yanaşı, Lüksemburq və Hollandiyanın bir hissəsi də daşqınların təsirinə məruz qalıb. Fransada isə 11 departamentdə güclü daşqınlar səbəbindən xəbərdarlıq edilib.

Xatırladaq ki, Almaniyanın qərbində daşqınlar səbəbindən hərbi fəlakət rejimi elan olunub. Bu haqda qərarı Xarici İşlər Nazirliyinin rəhbəri Annegret Kramp-Karrenbauer verib.


Geri qayıt