Əsas Səhifə > Dünya > Koronavirusla bağlı qorxudan statistika:

Koronavirusla bağlı qorxudan statistika:


1-09-2021, 23:50

Koronavirusla bağlı qorxudan statistika: 218 milyon oldular

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

Yenisabah.az-ın məlumatına görə, ötən sutka ərzində 219 901 nəfər koronavirusa yoluxub, 3874 pasiyent dünyasını dəyişib.

Virusa yoluxanların ümumi sayı 218 540 994, ölənlərin isə 4 533 609 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 40 114 099 nəfərdə koronavirus aşkarlanıb.

Siyahıda sonrakı yerlərdə Hindistan (32 810 892), Braziliya (20 777 867), Rusiya (6 918 965), Britaniya (6 789 581), Fransa (6 765 708), Argentina (5 171 458), İran (4 895 448), Kolumbiya (4 903 304), İspaniya (4 831 809) və İtaliya (4 524 292) qərarlaşıb.


Geri qayıt