Əsas Səhifə > Dünya > Putin Şoyqu ilə Sibirdə istirahətdədir

Putin Şoyqu ilə Sibirdə istirahətdədir


7-09-2021, 17:49

Putin Şoyqu ilə Sibirdə istirahətdədir

Rusiya Prezidenti Vladimir Putin Sibirə istirahətə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmirti Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə istirahətdədir və çərşənbə günü günortadan sonra Moskvaya qayıdacaq.

Qeyd edək ki, Putin və Şoyqu ilk dəfə deyil ki, Sibirdə qısa müddətli tətildədirlər.


Geri qayıt