Əsas Səhifə > Dünya > Ukrayna sərt karantinə keçir

Ukrayna sərt karantinə keçir


29-10-2021, 22:34

Ukrayna yumşaldılmış karantin rejiminə keçir - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR PORTALI

Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq ediləcək.

 Bu barədə Kiyev meri Vitaliy Kliçko bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunacaq.

Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanlara işə və ictimai yerlərə getməyə icazə veriləcək.

Ukraynada karantin rejimi uzadıldı

 Yalnız peyvənd edilmiş və ya test vermiş valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər.

İctimai nəqliyyatda yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edə biləcək. Yoxlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılacaq./Mənbə: Korrespondent.net

 


Geri qayıt