Əsas Səhifə > Dünya > Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi


8-11-2021, 18:56

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

 

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı ukraynalı səfir öz rəsmi tvitter hesabında paylaşıb.

"Dost Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirik! Qarabağ münaqişəsinin sona çatması postsovet məkanında digər dondurulmuş münaqişələrin aradan qaldırılması istiqamətində mühüm addım oldu və Ukraynanı işğalçı üzərində öz qələbəsinə yaxınlaşdırdı", - deyə paylaşımda qeyd olunub.

 


Geri qayıt