Əsas Səhifə > Dünya > Şahzadə Harri və Meqan ilk dəfə qızının üzünü

Şahzadə Harri və Meqan ilk dəfə qızının üzünü


23-12-2021, 20:23

Şahzadə Harri və Meqan ilk dəfə qızının üzünü göstərdi

Şahzadə Harri və Meqan Markl ilk dəfə qızları Lilibetin fotolarını yayımlayıblar.

“Qafqazinfo” xəbər verir ki, “Lili” Diana Mauntbetten-Vindzorun şəkli ailənin bayram açıqcasında çap olunub. Harri ilə Meqanın 2 yaşlı oğlu Arçinin də yer aldığı şəklə yazılıb: 

“2021-ci ildə qızımız Lilibetin gəlişini qarşıladıq. Arçi bizi “ana” və “ata” etdi, Lili isə bizi ailə etdi... 2022-ci ili səbirsizliklə gözləyərkən, Əfqanıstandan köçürülənlərdən tutmuş ailələri qoruyan bir neçə təşkilata ianələr etdik”. 

Qeyd edək ki, Lilibet 2021-ci il 4 iyunda dünyaya gəlib. Uşağa ad ailə ləqəbi Lilibet olan ulu nənəsi Kraliça II Elizabetin şərəfinə verilib. 

 

 


Geri qayıt