Əsas Səhifə > Dünya > Washington Post: Kreml “güllələnəcək ukraynalıların siyahısı”nı

Washington Post: Kreml “güllələnəcək ukraynalıların siyahısı”nı


21-02-2022, 18:05

Washington Post: Kreml “güllələnəcək ukraynalıların siyahısı”nı hazırlayıb

ABŞ-ın BMT-dəki səfiri Batşeba Nell Kroker bildirib ki, Rusiya hakimiyyəti "işğaldan” sonra "güllələnəcək və ya düşərgələrə göndəriləcək” ukraynalıların siyahısını tərtib edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazıb.
Diplomatın məktubunda iddia olunur ki, Vaşinqton Moskvanın niyyətləri barədə etibarlı məlumat alıb. Bu planlara guya "məcburi adam oğurluğu, dissidentlərə, dini və etnik azlıqlara işgəncə verilməsi” daxildir.
Sənəddə həmçinin deyilir: "Rusiya qüvvələrinin dinc etirazları dağıtmaq və ya Ukraynanın mülki əhalisinin dinc müqavimətinə qarşı çıxmaq üçün sərt tədbirlərdən istifadə edəcəyi ehtimalı var.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Ukraynalıların güllələnmə siyahısı” ilə bağlı xəbərləri yalan adlandırıb.
"Mən bilirəm ki, bu, tamamilə uydurmadır, belə bir siyahı yoxdur, saxtadır", - o deyib.

Geri qayıt