Əsas Səhifə > Dünya > Rusiya ordusunun tank batalyonunun komandiri əsir götürüldü
Rusiya ordusunun tank batalyonunun komandiri əsir götürüldü26-02-2022, 23:43 |
Rusiya Ordusunun Mərkəzi Hərbi Dairəsinin 35-ci motoatıcı briqadasının tank batalyonunun komandiri mayor Şyotkin Leonid Petroviç əsir götürülüb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Operativ Komandanlığı məlumat yayıb. Komandanlığın Facebook səhifəsində mayorun şəkli və şəxsi əşyalarının şəkilləri yerləşdirilib. Qeyd olunur ki, Şyotkin Kazan Hərbi Tank Məktəbinin məzunudur. Ailəlidir, iki övladı var. "Onun tankı Ukrayna Silahlı Qüvvələri tərəfindən vuruldu, möcüzə nəticəsində mayor sağ qalıb", - məlumatda deyilir. (UNİAN)
![]()
![]()
Geri qayıt |