Əsas Səhifə > Dünya > Putinin bənzəri olan ukraynalı əsgər dünyanın gündəmində

Putinin bənzəri olan ukraynalı əsgər dünyanın gündəmində


6-03-2022, 16:22

Rusiya ilə Ukrayna arasında müharibənin 10-cu gününə girdiyimiz bir vaxtda sosial mediada paylaşılan bir foto hər kəsin diqqətini çəkib.

Medianews.az xəbər verir ki,  sosial mediada yayılan foto minlərlə izləyici tərəfindən maraqla qarşılanıb.

Belə ki, Rusiya lideri Putinə bənzəyən ukraynalı əsgərin görüntüləri kim olması hər kəsə maraqlı gəlib.

Kiyevdəki “Show News” xəbər kanalının redaktoru Cem Tekel sosial media hesabında ölkədə baş verənləri türk izləyiciləri ilə paylaşır. Tekel tərəfindən nəşr olunan bu foto izləyicilərin diqqət çəkib. Ukrayna əsgərlərinin Kiyevdə küçə döyüşlərinə hazırlaşdığı anı Twitter-ə yükləyən Tekelin həmin fotosunda ukraynalı əsgərin Rusiya prezidenti Vladimir Putinə bənzəməsi diqqətlərdən qaçmayıb.

Qısa müddətdə çoxlu şərh və bəyənmə alan fotonun altında “Mənə de görüm, Putin, içəridəsən?”, “Putinin Ukraynada nə işi var?”, – deyə şərhlər yazılıb.


Geri qayıt