Əsas Səhifə > Dünya > Rusiya Ukrayna yaşayış evlərinə istehkamlar üçün belə aviabombalar yağdırır...

Rusiya Ukrayna yaşayış evlərinə istehkamlar üçün belə aviabombalar yağdırır...


6-03-2022, 22:50

Rusiya Ukrayna yaşayış evlərinə istehkamlar üçün belə aviabombalar yağdırır...-FOTOLAR

Rusiya qoşunları Çerniqovun yaşayış məntəqələrinə istehkamlar və hərbi sənaye obyektləri üçün bombalar atırlar.
Moderator.az  xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının sədri Vyaçeslav Çaus telegram-kanalında  paylaşım edib.
 
"Rusiya Federasiyası bəşəriyyətə qarşı cinayətlər törədir - Çerniqovun yaşayış məntəqələrini bombalayır. Ukrayna qoşunlarının müqavimətini dəf edə bilməyən Rusiya işğalçı ordusu son günlər Ukrayna sakinlərinə qarşı terror aktları həyata keçirir.  Artıq 3 gündür ki, dalbadal şəhərin yaşayış məntəqələrinə və sosial obyektlərə hava zərbələri endirilir"- dedi.
Çausun sözlərinə görə, indi rus qoşunları Çerniqov şəhərinə qarşı  güclü silahlardan - "FAB-500" idarə olunmayan aviabombalardan istifadə edir.
 
Sultan Laçın

Geri qayıt