Əsas Səhifə > Dünya > “MOSKVA” KREYSERİ RUSİYANIN ƏN BAHALI İTKİSİ OLDU... - Rusların
“MOSKVA” KREYSERİ RUSİYANIN ƏN BAHALI İTKİSİ OLDU... - Rusların16-04-2022, 00:45 |
İki aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində Rusiya minlərlə hərbi texnika və canlı qüvvə itirib. “AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Forbes” jurnalı Rusiyanın Ukraynada itirdiyi ən bahalı hərbi texnikaların siyahısını hazırlayıb. Həmin siyahını oxuculara təqdim edirik: 1 ədəd "Moskva" raket kreyseri - 750 milyon dollar; 1 ədəd İl-76 nəqliyyat təyyarəsi - 86 milyon dollar;
1 ədəd böyük desant gəmisi - 75 milyon dollar; 10 ədəd Su-30 SM qırıcısı – 1 ədədi 50 milyon dollar (ümumi dəyəri 500 milyon dollar);
20 ədəd qırıcı-bombardımançı təyyarə - 1 ədədi 40 milyon dollar (ümumi dəyəri 800 milyon dollar); 3 ədəd Su-35 qırıcısı – 1 ədədi 32 milyard dollar ( ümumi dəyəri 96 milyon dollar); 1 ədəd İl-22PP elektron döyüş təyyarəsi - 30 milyon dollar; 10 ədəd Ka-52 helikopteri – 1 ədədi 16 milyon dollar ( ümumi dəyəri 160 milyon dollar); 1 ədəd hücum helikopteri Ka-50 - 16 milyon dollar; 1 ədəd "Pantsir-S1" zenit-raket və silah kompleksi - 14 milyon dollar. Qeyd olunan hərbi texnikaların ümumi dəyərinin 2,6 milyard dollar olduğu bildirilir. Geri qayıt |