Əsas Səhifə > Dünya > Varşavada məzara əklil qoymaq istəyən Rusiya səfirini "qana boyadılar"...

Varşavada məzara əklil qoymaq istəyən Rusiya səfirini "qana boyadılar"...


9-05-2022, 22:54

Varşavada məzara əklil qoymaq istəyən Rusiya səfirini

Rusiya səfiri əklilqoyma mərasimini "Faşistlər!" sədaları altında rüsvayçılıqla tərk edib...

 

Mayın 9- da Polşada Rusiya səfiri Sergey Andreyevi Varşavada sovet əsgərlərinin məzarına əklil qoymaq istəyərkən sifətinə süni qan töküblər.

Fəallar səfiri dövrəyə alaraq onun üstünə qışqırıb, yolunu kəsib. Nəticədə zərərçəkən olmayıb.

Moderator.az xəbər verir ki, bu barədə УНИАH nəşri yazıb.

Rusiya XİN- in mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, "Varşavada Rusiya səfirinə hücum etməklə nasizm pərəstişkarları öz qanlı simasını göstərib". O, əlavə edib ki, "bu hücum Qərbin faşizmi dirçəltmək yolu tutduğunu əks etdirib".

Ukrayna jurnalisti və fəalı İrina Zemlyana hadisə barədə nəşrə bunları danışıb:

"Biz səfirə yaxınlaşıb, özümüzdə olan süni qan paketlərini dağıtdıq, bu zaman qan səfirə və onun ortağına cilənib. Onlar rüsvayçılıqla və "Faşistlər!" sədaları altında çıxıb getdilər. Biz onlara əklil qoymağa imkan vermədik".

Bu gün, mayın 9- da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 75- ci günüdür. Saat 17.00- a olan məlumata əsasən, Kiyevdə və vilayətdə həyəcan siqnalı elan edilib.

Ukraynanın şərqində Rusiya ordusu Severodonetsk, Lisiçansk, Slavyansk, Avdeyevka şəhərlərinə hücum edib. Rusiyalılar günorta saatlarında Slavyansk şəhərini raket atəşinə tutub.

Ukrayna müdafiə nazirliyinin məlumatına görə, hazırda Qara dənizdə "Kalibr" raketləri olan yeddi Rusiya gəmisi var, raketlərin ümumi sayı 50- ə qədərdir.

Nazirlik Rusiyanın bütün ölkə boyu yeni raket zərbələri barədə xəbərdarlıq edib.

 

Sakinlərdən biri onun üzərinə qırmızı boya atıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 


Geri qayıt