Əsas Səhifə > Dünya > "Bu, yeni hibrid müharibəsidir

"Bu, yeni hibrid müharibəsidir


23-05-2022, 19:34

"Putinin məqsədi dünyada təkcə fəlakətli aclıq törətmək deyil, həm də miqrasiya böhranı yaratmaqdır"
"Putin yeni qaçqın dalğasından Avropada sabitliyi pozmaq və Qərb ölkələrini antirusiya mövqeyindən çəkindirmək istəyir"
 
Rusiya prezidenti Vladimir Putinin məqsədi dünyada təkcə Ukraynadakı müharibənin törətdiyi ərzaq böhranı deyil, həm də miqrasiya böhranıdır.
Kreml Avropada sabitliyi pozmaq və Qərb ölkələrinin hökumətlərini   sərt antirusiya siyasətindən imtina etməyə vadar etməkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel" qəzetinə müsahibəsində bu ölkənin Rusiyadakı sabiq səfiri Rüdiger fon Friç bəyan edib.
 
"Vladimir Putin qəsdən Yaxın Şərqdə və Şimali Afrikada aclıq böhranları yaratmağa cəhd edir. Putinin hesablamaları ondan ibarətdir ki, buğda tədarükünün pozulmasından sonra ac insanlar, suriyalıların müharibə dəhşətlərindən qaçdığı kimi, bu regionlardan qaçaraq Avropaya düşməyə cəhd edəcək. Putin yeni qaçqın dalğasından Avropada sabitliyi pozmaq və Qərb ölkələrinun hökumətlərinə Rusiyaya qarşı özlərinin sərt mövqelərindən imtina etmək üçün təzyiq göstərmək istəyir. Bu, yeni "hibrid müharibəsidir", - Rüdiger belə güman edir.
 
Bununla yanaşı, sabiq səfir Ukraynada müharibənin tezliklə bitməsinə inanmır, çünki Putin üçün hazırda hakimiyyətini qoruyub saxlamaq məsələsi ortaya çıxıb.
 
"Ona görə də müharibənin davam etməsi və eskalasiyası ehtimalı böyükdür", - fon Friç qeyd edib və əlavə edib ki, Rusiya rəhbərinin Ukraynaya və ya hansısa başqa ölkəyə qarşı nüvə silahından istifadə edəcəyinə inanmır.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan Birləşmiş Millətlər Təşkilatı Ukrayna limanlarının bağlanması səbəbindən dünyada ərzaq təhlükəsizliyi ilə bağlı son dərəcə narahatlığını ifadə edib.
Ukraynada (bu ölkə dünyada ən iri buğda ixracatçılarından biridir)
4, 5 milyon ton buğda toplanıb. 
 
Bir neşə gün öncə BMT- nin Ümumdünya ərzaq proqramının direktoru Devid Bizli Putindən Ukrayna limanlarını açmağı xahiş edib.
 
"Ukrayna məhsulunu, habelə Rusiya və Belarusun məhsulu və gübrələrini bazara qaytarmadan problemi həll etmək mümkün deyil", - bunu BMT- nin baş katibi Antoniu Qutteriş bəyan edib.
 
Təşkilatın dəyərləndirməsinə görə, 2022- 2023- cü illərdə dünyada aclıq keçirənlərin sayı 8- 13 milyona çata bilər. Bu, iki ölkə- Oman və ya Liviyanın əhalisinə bərabərdir.
 
Qeyd edək ki, Rüdiger fon Friç 2014- 2019- cu illərdə Almaniyanın Rusiyada səfiri olub. Hazırda diplomatik xidmətini başa vuraraq istefadadır.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 

Geri qayıt