
Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində azı 250 nəfər ölüb, çoxlu sayda yaralı var. Yeniavaz.com xəbər verir ki, bu barədə yerli rəsmi BBC-yə bildirib. Qeyd olunub ki, ölənlərin sayı 250-dən çox ola bilər, 150-dən çox adam isə yaralanıb. Zəlzələ Xost şəhərinin cənub-şərqindən təxminən 44 km aralıda baş verib. ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, səhər saatlarında insanların yatdığı vaxt baş verən zəlzələ 6,1 bal gücündə, 51 km dərinlikdə baş verib.
***09:02 Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində güclü zəlzələ baş verib. Yeniavaz.com xəbər verir ki, Qətərin "Əl-Cəzirə" telekanalı hökumətdəki mənbəyə istinadən zəlzələ zamanı 50-yə yaxın insanın öldüyünü bildirib. Mətbuat orqanı daha 65 nəfərin xəsarət alması barədə məlumat yayıb.
Geri qayıt
|