Əsas Səhifə > Dünya > “Çin hücum edərsə, Almaniya Tayvanı

“Çin hücum edərsə, Almaniya Tayvanı


3-08-2022, 00:32

“Çin hücum edərsə, Almaniya Tayvanı dəstəkləyəcək”

Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinin hücumu halında Tayvanı dəstəkləyəcəyinə söz verib.

 

Yenisabah.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

“Beynəlxalq hüquq pozulduqda, böyük qonşu beynəlxalq hüququ pozaraq kiçik qonşusuna hücum edəndə, əlbəttə ki, biz bunu qəbul etmirik. Bu, şübhəsiz ki, Çinə də aiddir”, - Nyu Yorkda səfərdə olan Burbok bildirib.

Nəşr konkret dəstək formaları və vasitələri haqqında məlumat vermir.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin mümkün səfəri ilə bağlı son günlər Tayvan ətrafında vəziyyət gərginləşib. Çin Xalq Respublikası adanı özünün əyaləti hesab edir və Taypey nümayəndələrinin Pekinin diplomatik əlaqələr qurduğu ölkələrin rəsmiləri (xüsusilə yüksək rütbəli) və ya hərbi qulluqçuları ilə bütün təmaslarına qarşıdır.

 


Geri qayıt