Əsas Səhifə > Dünya > “Qazprom” böhran siqnalı verir - Avropaya qaz

“Qazprom” böhran siqnalı verir - Avropaya qaz


4-08-2022, 15:24

“Qazprom” böhran siqnalı verir - Avropaya qaz verilməyəcək

Qazprom” Rusiyadan Avropaya qaz axını təmin edən “Şimal axını 1” boru kəmərində aparılan texniki xidmət və təmir işləri çərçivəsində Kanadaya göndərilən qaz cihazlarının sanksiya səbəbindən ölkəyə çatdırılmasının mümkünsüz olduğunu bildirib və qaz böhranının davam edəcəyini açıqlayıb.

  Teleqraf.com xəbər verir ki, Qərb ölkələrinin Ukraynaya hücumlarına görə Rusiyaya qarşı sanksiyaları davam etməsi fonunda Rusiyanın dövlət enerji şirkəti “Qazprom” iyulun 27-də Avropaya qaz axınının təmin olunduğu “Şimal axını 1” boru kəmərində təmir işlərinə başlayıb.

Ads by 
2
Reklamınızı SmartBee ilə effektiv edin.

 

“Qazprom”un verdiyi açıqlamada qaz böhranının artmaqda davam edəcəyi siqnalı verilib.

“Şimal axını 1” boru kəmərinin Portovaya kompressor stansiyasındakı qaz turbininin texniki baxım üçün Kanadaya göndərildiyini, lakin geriyə qaytarılmadığını elan edib. Əlavə edib ki, bununla da öhdəliklər yerinə yetirilməyib.

“Qazprom” iyulun 27-də “Şimal axını 1” boru kəmərinin Portovaya kompressor stansiyasında təmir işlərinə başlayıb və boru kəmərindən Avropaya qaz axını 20 faizə qədər azalıb. Baxım üçün Kanadada olan turbin Rusiyanın xahişlərinə baxmayaraq, “sanksiyalar” səbəbindən təhvil verilməyib.

“Qazprom” bildirib ki, turbin hələ təhvil verilmədiyinə görə hazırda Portovayada bir turbin mühərriki işləyir.


Geri qayıt