Əsas Səhifə > Dünya > Rusiya 41 mindən çox əsgər və zabit itirib

Rusiya 41 mindən çox əsgər və zabit itirib


5-08-2022, 12:29

Rusiya 41 mindən çox əsgər və zabit itirib - Ukrayna MN

Müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Rus ordusu ən çox Donetsk istiqamətində itki verib.

 

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Geri qayıt