Əsas Səhifə > Dünya > Rusiya bu gün Ukraynanı hansı raketlərlə və haradan vurub?

Rusiya bu gün Ukraynanı hansı raketlərlə və haradan vurub?


10-10-2022, 16:51

Rusiya Ukrayna şəhərlərinə bu gün - oktyabrın 10-da Qara dənizdən və Xəzər regionundan hücum edib. Kütləvi raket hücumları üçün yüksək dəqiqlikli yer, dəniz və hava əsaslı qanadlı raketlərdən istifadə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinə istinadən yazıb.
"Oktyabrın 10-da səhər saat 6:00-da qəzəblənən diktator Ukraynanın dinc şəhərlərinə bütün istiqamətlərdə müxtəlif tipli, xüsusən də Qara dəniz və Xəzər regionundan raketlərlə hücum etmək əmrini verib”, - məlumatda deyilir.
Rusiyalılar Xəzər regionundan X-101, X-555 raketlərini on bir Tu-95 və Tu-160 strateji bombardmançı təyyarələrdən atıblar. "Kalibr" qanadlı raketlər isə Qara dənizdəki gəmilərdən atılıb.
Yerüstü "İsgəndər” raket kompleksləri müxtəlif istiqamətlərə yönəldilib. Rusiyalılar həmçinin S-300 və "Tornado-S” zenit-raket komplekslərinin raketlərindən istifadə ediblər.
Saat 11:40-a (Bakı vaxtı ilə 12.40 – red.) olan məlumata görə, Rusiya Ukrayna ərazisində 80-dən çox raketdən istifadə edib. Hava hücumundan müdafiə qüvvələri 45-ə yaxın raketi vurub.
 
 
 11:56
"Ukrayna. X-101-dən sonra - növbəti dalğa - "Geran-2"”.
Qaynarinfo xəbər verir ki, bu sözləri rusiyalı hərbi şərhçi, politoloq İqor Korotçenko öz "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, X-101 qanadlı raketdir, "Geran-2” isə pilotsuz uçuş aparatıdır.
Bir qədər əvvəlki statusunda isə Korotçenko bunları qeyd edib:
"Rusiya səhər saatlarında Ukraynanın hər yerini əhatə edən hədəflərə kütləvi raket zərbələri endirib. İndi Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında nə deyəcəyi və orada hansı qərarların qəbul ediləcəyi vacibdir”.
 
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski öz Teleqram kanalında yazdığı statusda Rusiyanın hücumunda İranın "Şahid" PUA-larının da iştirak etdiyini yazıb. 
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukryananın paytaxtı Kiyev və digər vilayətlərinə raket zərbələri endirib. Mülki obyektlərə ziyan dəyib, ölənlər yaralananlar var.

Geri qayıt