Əsas Səhifə > Dünya > Britaniya baş naziri 44 günlük iqtidardan sonra

Britaniya baş naziri 44 günlük iqtidardan sonra


20-10-2022, 21:26

Britaniya baş naziri 44 günlük iqtidardan sonra istefa verdi

Böyük Britaniyanın Baş naziri Liz Trass istefa verib.

Yenisabah.az “SkyNews”a istinadla xəbər verir ki, bu barədə eks-Baş nazir jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

İstefanın səbəbləri qeyd olunmasa da, yaxın 1 həftə ərzində parlamentin yeni baş nazir seçəcəyi gözlənilir.

Xatırladaq ki, cari ilin 6 sentyabrından 20 oktyabrına qədər müvafiq postda 44 gün təmsil olunan Liz Trass Marqaret Tetçer və Tereza Meydən sonra Böyük Britaniyanın üçüncü qadın Baş naziri olub.

O, Boris Consonun kabinəsində xarici işlər naziri postunu tutub.


Geri qayıt