Əsas Səhifə > Dünya > Xersonun azad edilməsindən sonra cəhbədə nə baş verəcək?
Xersonun azad edilməsindən sonra cəhbədə nə baş verəcək?12-11-2022, 14:49 |
"Bu, hələ dönüş nöqtəsi deyil... Yazda yeni gərginlik gözləmək olar..." Rusiya işğalçılarının Xerson vilayətinin sağ sahilindən çıxarılmasından sonra Putinin on minlərlə hərbçisi Ukrayna ərazisində, xüsusən də Donetsk istiqamətində digər işğalçı qruplaşmaları gücləndirə bilər.
Moderator.az xəbər verir ki, bu fikri söyləyən ukraynalı hərbi ekspert Mixail Jiroxov "Obozrevatel" nəşrinə müsahibəsində bildirib ki, hələlik müharibədə dönüş nöqtəsindən söhbət getmir. Yəqin ki, yollar yenidən ağır texnikanın hərəkəti üçün əlverişli olana qədər müharibə danışıqlar təklifləri ilə müşayiət olunan daha az aktiv qış rejiminə keçəcək.
![]() M.Jiroxovun sözlərinə görə, müharibənin yeni aktiv fazası yazda başlaya bilər. Və ancaq Rusiyanın lazımi resursları olduğu halda...
"Demək olmaz ki, müharibə indi dönüş nöqtəsinə qədəm qoyur. Daha doğrusu, qış rejiminə keçir. Yaz başlananda savaş mövqe mərhələsinə keçəcək. Ruslar hansısa danışıqları təklif etməyə çalışacaq, "müharibədən yorulmuş" bəzi Avropa ölkələrinə arxalanacaqlar. Bundan əlavə, rusiyalılar planlı şəkildə qoşunlarını geri çəksələr, itkiləri olmayacaq və öz qüvvələrinə əlavə dəstəklər alacaqlar. Və qış boyu, o cümlədən səfərbər olunanlara təlim keçməklə ehtiyat toplaya biləcəklər. Cəbhəyə mərmi və hərbi texnika göndərəcəklər. Ona görə də yazda yeni gərginlik gözləmək olar.Əgər Rusiya ordusunun çox böyük itkiləri olacaqsa, onda danışıqlara gedəcəklər .Amma mən hələlik bunun dönüş nöqtəsi olduğunu söyləməzdim”, - deyə ekspert bir daha vurğulayıb.
Sultan Laçın
Geri qayıt |