Əsas Səhifə > Dünya > Dneprin vurulma anı

Dneprin vurulma anı


17-11-2022, 17:20

Dneprin vurulma anı

  Rusiya ordusu bu gün Ukraynanın müxtəlif vilayət və şəhərlərini genişmiqyaslı raket atəşinə tutub.

“Qafqazinfo”nun “Strana” nəşrinə  istinadən məlumatına görə, atəşə tutulan şəhərlərin biri də Dnepr olub.

Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi teleqram kanalında şəhərə raketin düşmə anını əks etdirən görüntüləri paylaşıb.

 

Görüntülərdən zərbədən sonra güclü yanğının baş verdiyini görmək mümkündür.

Məlumata görə, şəhərin iki hissəsinə zərbə endirilib. Zərbə nəticəsində sənaye müəssisəsinə zərər dəyib və burada yanğın başlayıb.

Eyni zamanda, yaxınlıqda yerləşən yaşayış evləri də dağılıb. Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılar sırasında 15 yaşlı qız da var.

 


Geri qayıt