Əsas Səhifə > Dünya > Argentinada yüz minlərlə insan küçələrə çıxdı
Argentinada yüz minlərlə insan küçələrə çıxdı14-12-2022, 15:57 |
Argentina millisinin dünya çempionatının finalına vəsiqə qazanmasından sonra bu ölkədə yüz minlərlə insan küçələrə axışıb. Onlar yığmalarının yarımfinalda Xorvatiya üzərindəki 3:0 hesablı qələbəni qeyd ediblər. Küçələr axışan insanlar komandaya dəstəklərini göstəriblər. Onlar komandanın kapitanı, super ulduz Lionel Messinin yaxşı oyununa görə “Messi, Messi” şüarları da səsləndiriblər. /“Qafqazinfo”
Geri qayıt |