Əsas Səhifə > Dünya > Boris Conson Ukraynaya səfər etməyi

Boris Conson Ukraynaya səfər etməyi


13-01-2023, 18:19

Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yaxın vaxtlarda Ukraynaya səfər etməyi planlaşdırır.

Bu barədə məlumatı anonim mənbələrə istinadən “The Guardian” qəzeti yayıb.

Səfər zamanı Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Ukraynalı mənbələr Consonun Kiyevə səfər etmək niyyətində olduğunu təsdiq etsələr də, səfərin dəqiq tarixi məlum deyil.

Zelenski və Consonun bir-birini dost hesab etdiyi vurğulanıb. /“Qafqazinfo”

Xatırladaq ki, Conson Ukraynada müharibənin başlamasından bu yana Kiyevə 3 dəfə səfər edib.


Geri qayıt