Əsas Səhifə > Dünya > Türkiyənin turizm gəlirləri 53 faiz, xərcləri isə
Türkiyənin turizm gəlirləri 53 faiz, xərcləri isə31-01-2023, 17:56 |
2022-ci ildə Türkiyə turizmdən 46 284,9 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 53,4 % çoxdur. "AzerTaym.az" yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin statistika qurumu məlumat yayıb. Məlumata görə, illik gəlirin 34 477 milyon ABŞ dolları şəxsi xərcləmələrdən, 11 807,9 milyon ABŞ dolları isə tur-paketlərdən əldə olunub. Bundan başqa, ötən il Türkiyə turizmə 4 276,5 milyon ABŞ dolları xərc çəkib ki, bu da əvvəlki ilə nisbətən 2,3 dəfə çoxdur. İllik xərcin 3 753,4 milyon ABŞ dollarını şəxsi xərcləmələr, 523,1 milyon ABŞ dollarını isə tur-paketlərin alınmasına çəkilən xərclər təşkil edib./Report/ Geri qayıt |