Əsas Səhifə > Dünya > Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə PUA-lar
Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə PUA-lar6-02-2023, 20:17 |
Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib. Bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. Paylaşımda zəlzələ bölgəsində çalışan PUA-lar əks olunub. “Türkiyə Silahlı Qüvvələrimizə məxsus PUA-lar zərər və itkilərin müəyyən edilməsi, həmçinin axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir”, - deyə qeyd edilib.
Mənbə: TRTHaber.com
Geri qayıt |