Əsas Səhifə > Dünya > Tankı sınaqdan keçirən nazir Moskvanın yolunu soruşdu
Tankı sınaqdan keçirən nazir Moskvanın yolunu soruşdu25-02-2023, 13:36 |
Polşa və İsveçin göndərdiyi ilk “Leopard 2” tankları dünən artıq Ukraynaya gətirilib. “Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Aleksey Reznikov sözügedən bu 4 tankdan birinə baxış keçirib. Reznikovun baxış zamanı etdiyi zarafat sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, tankın kabinindən çıxan Reznikov Polşa dilində bunları deyib: “Bağışlayın, Moskvaya yol haradandır?” Nazirin zarafatı ətrafdakıların gülüşünə səbəb olub.
Geri qayıt |