Əsas Səhifə > Dünya > Gürcüstan turizmdən təxminən 1 mlrd dollar qazanıb

Gürcüstan turizmdən təxminən 1 mlrd dollar qazanıb


2-05-2023, 19:57

Gürcüstan turizmdən təxminən 1 mlrd dollar qazanıb - Rəsmi

2023-cü ilin birinci rübündə Gürcüstan turistlərdən 795,4 milyon dollar gəlir əldə edib.

Yenisabah.az “Vestnik Kavkaza”ya istinadla xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102% çoxdur.

Ümumən ilin əvvəlindən Gürcüstana 1,2 milyon əcnəbi səfər edib.

Gürcüstanın turizm gəlirlərinin əhəmiyyətli hissəsi Rusiyadan gələn qonaqlarla bağlıdır. Yanvarın 1-dən martın 31-dək ruslar Qafqaz respublikasına 266,4 milyon dollar xərcləyib ki, bu da digər ölkələrdən gələn turistlərdən çox olub.

 


Geri qayıt